
-
- 8-04-2025, 09:10
- 219
Yaşadığınız yerin dəyişdirilməsinin SAĞLAMLIĞA TƏHLÜKƏSİ
Amsterdam Tibb Universitetinin alimləri Qərbi Afrikadan Avropaya gedən miqrantlarda mikrobiomun tərkibində ürək-damar xəstəlikləri riskini artıra biləcək əhəmiyyətli dəyişiklikləri müəyyən ediblər.
News24.az xəbər verir ki, araşdırmada Qana və Hollandiyanın kənd və şəhər yerlərindən olan 1100-dən çox insan iştirak edib. Bütün respondentlər eyni pəhriz sorğularını doldurublar. Qan və nəcis nümunələrini təqdim ediblər. Nəticələr göstərib ki, miqrasiya zamanı mikrobların bəzi qrupları yox olub və yeniləri yaranıb. Bu, sağlamlıq üçün mənfi nəticələrlə müşayiət olunub.
Elm adamları mikrobiomdakı dəyişikliklərlə pəhrizdəki dəyişikliklər arasında əlaqəni də təsdiqləyiblər: miqrantların bağırsaq mikrob florasında mənfi dəyişikliklərə səbəb ola biləcək zülal, yağ və duz istehlakı səviyyəsi artıb.
Elm adamları bildiriblər ki, tapıntılar miqrantlarda xroniki xəstəliklərin riskini azaltmaq və həyat tərzi, ətraf mühit və bədəndəki bioloji proseslər arasında əlaqələrin daha dərindən dərk edilməsinə töhfə vermək üçün strategiyaların hazırlanmasında bağırsaq sağlamlığının nəzərə alınmasının vacibliyini vurğulayıb.
Səma