
-
- 7-04-2025, 16:14
- 834
Bəşər tarixində ən məhvedici il məlum olub
Harvard alimləri aşkar ediblər ki, 536-cı il bəşəriyyət tarixində ən çətin il olub.
News24.az bildirir ki, məhz bu tarixdə Avropa və Asiya qlobal iqlim anomaliyaları və fəlakətləri ilə üzləşib.
Alimlər hesab edirlər ki, 18 ay ərzində nəhəng ərazilər qalın dumana bürünmüş, demək olar ki, günəş işığının qarşısını tamamilə kəsilmişdi.
Qeyd edək ki, bu dövrdə Yustinian bəlası da geniş yayılmışdır. Tarixçilərin sözlərinə görə, bu xəstəlik həmin vaxtlar dünyada 50 milyona qədər insanın həyatına son qoymuş, demək olar ki, həmin dövrün əhalisinin yarısını məhv etmişdir.
Həmçinin, 539-cu ildə İslandiya vulkanları da aktivləşmiş, daha sonra 540 və 547-ci illərdə daha da fəlakətli püskürmələr baş vermişdir.
Nuray