
-
- 8-04-2025, 10:10
- 271
Meteorologiyadan qar xəbərdarlığı
Türkiyədə Meteorologiya Xidməti yeni həftənin xəritəsini yayımlayıb.
News24.az xəbər verir ki, ilkin məlumata görə, ölkə ərazisinə Balkanlardan soyuq və yağışlı hava gəlir. Belə ki, ölkənin Mərmərə, Ədirnə, Kırklareli və Tekirdağa qar yağıb. İstanbul da daxil olmaqla 9 şəhərdə isə sarı həyəcan elan edilib.
Havanın temperaturunun mənfi dərəcəyə enəcəi ehtimal olunur. Bu həftə demək olar ki, bütün ölkədə leysan, qar və soyuq hava olacaq.
Meteorologiya Xidməti İğdır, Van və Hakkari istisna olmaqla, ölkə daxilində leysan və şimşək çaxacağını bildirib. Manisa və bəzi şərq vilayətlərində leysan xarakterli intensiv yağış, yüksək dağlıq ərazilərdə sulu qar və qar yağacağı gözlənilir. Bir çox rayonlarda küləyin güclü və qısamüddətli tufan olacağı gözlənilir.
Səma