
-
- 8-04-2025, 08:45
- 241
ABŞ-İran danışıqları bu tarixdə keçiriləcək
İranın xarici işlər naziri Abbas Erakçi X sosial media hesabından paylaşdığı mesajda, "İran və ABŞ şənbə günü Omanda yüksək səviyyəli danışıqlarda görüşəcək. Bu həm bir fürsət həm də sınaqdır. Top ABŞ-ın meydanındadır" fadələrdən istifadə edib.
News24.az xəbər verir ki, 2018-ci ildə ölkəsini İranla nüvə sazişindən birtərəfli qaydada çıxaran ABŞ prezidenti Donald Tramp ötən ay İran lideri Ayətullah Əli Xameneiyə məktub göndərərək İranla birbaşa nüvə danışıqlarına çağırıb. İran təhdidlərin də yer aldığı məktuba Oman vasitəsilə cavab verərək, təhdid və təzyiq altında birbaşa danışıqlara getməyəcəklərini və yalnız dolayı danışıqlara hazır olduqlarını açıqlayıb.
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi dünən Tehranda keçirdiyi mətbuat konfransında Vaşinqtonun təklif etdikləri dolayı danışıqlar formatı ilə bağlı qərarını gözlədiklərini bildirib. Bekayi Omanın vasitəçilik üçün əsas namizəd olduğunu deyib.
Günel Məlikzadə