"Tesla" BYD-yə uduzdu
    • 8-04-2025, 09:46
    • 274

"Tesla" BYD-yə uduzdu

Elektrikli avtomobil bazarında liderlik uğrunda uzun müddətdir davam edən yarış yeni mərhələyə qədəm qoyur. 2024-cü ili 1,78 milyon elektrikli avtomobil satışı ilə tamamlayan Tesla, ili zirvədə bağlamağı bacarıb. Bununla belə, Çin mərkəzli BYD eyni dövrdə cəmi 1,35 faiz fərqlə ikinci olub.

News24.az xəbər verir ki, ilə bütövlükdə baxdıqda Tesla qabaqda görünsə də, məlumatlar BYD-nin son iki rübdə Tesla-dan daha çox satış etdiyini sübut edir. Bazar araşdırması şirkəti Counterpoint Research tərəfindən dərc edilən təhlillər liderlik kreslosunda dəyişiklik ola biləcəyini göstərir.

Müvafiq olaraq, BYD il ərzində 15,7 faiz qlobal bazar payına çataraq akkumulyatorlu elektrikli avtomobil seqmentində Tesla-nı geridə qoya bilər. Şirkətin aqressiv böyümə strategiyası, dövlət tərəfindən dəstəklənən istehsal modeli və qabaqcıl texnoloji infrastruktur bu dəyişiklikdə təsirli olub.


Günel Məlikzadə