Sabiq məmur nəvəsinin Londondakı şirkətləri maliyyə hesabatlarını açıqladı
    • 9-04-2025, 00:45
    • 467

Sabiq məmur nəvəsinin Londondakı şirkətləri maliyyə hesabatlarını açıqladı

İngiltərənin paytaxtı Londonda fəaliyyət göstərən və Baş nazirin sabiq müavini Abid Şərifovun nəvəsi Nicat Mahmudova məxsus "Abeona Global Limited” şirkəti ötən il üçün maliyyə hesabatını açıqlayıb.

News24.az Yeniavaz.com-a istinadən xəbər verir ki, "Abeona Global Limited” şirkəti ötən il 4 min 681 funt-sterlinq (10,3 min manat) zərər edib.

Məlumat üçün bildirək ki, "Abeona Global Limited” şirkəti 22 iyun 2017-ci ildə İngiltərədə qeydiyyatdan keçib. 1995-2018-ci illərdə Azərbaycanda Baş nazirin müavini vəzifəsində işləyən Abid Şərifovun nəvəsi Nicat Mahmudov şirkətin yeganə direktorudur. Nicat Mahmudov mətbuata verdiyi açıqlamada deyib ki, 2011-ci ildə (20 yaşında) Londonda "Buta Lounge” adlı restoran açıb.