Göygöldə 22 yaşlı qız qaçırıldı
    • 8-04-2025, 11:39
    • 353

Göygöldə 22 yaşlı qız qaçırıldı

Göygöldə 22 yaşlı qız itkin düşüb.

News24.az Bizim.Media-ya istinadla xəbər verir ki, rayonun Hacıməlik kənd sakini, 2003-cü il təvəllüdlü Briliant Həsənova evdən çıxıb və geri qayıtmayıb. Onun yaxınları məsələ ilə bağlı polisə məlumat veriblər. Hazırda B.Həsənovun axtarışları davam edir.

Faktı Daxili İşlər Nazirıiyinin Mətbuat xidmətinin Gəncə regional qrupundan da təsdiqləyiblər.

İlkin versiyaya görə B.Həsənova ailə qurmaq məqsədi ilə rayonlardan birinə qaçırılıb.

Həsənovanın ata və anası işləmək üçün Rusiyada yaşayırlar. Qız Göygöldə nənəsi ilə qalır.