
-
- 8-04-2025, 14:34
- 506
Hz.İsanın məzarı TAPILDI - İDDİA
Hz.İsanın həyatı və ölümünün təfərrüatları bütün dünyada möminlər üçün böyük maraq doğurur.
News24.az xəbər verir ki, illər boyu onun tam olaraq harada dəfn edilməsi ilə bağlı çoxlu mübahisələr olub.
Bununla bağlı İtaliyadakı universitetlərin birindən bir qrup arxeoloq bu yaxınlarda yeni sübut tapdıqlarını iddia ediblər.
Sözügedən kəşfin mərkəzində fosilləşmiş bitkilər dayanır.
İncildəki rəvayətə görə, Hz.İsanın Yerusəlimdəki Müqəddəs Qəbir kilsəsi çarmıxa çəkildiyi yerin yaxınlığında yerləşir. Vəfatından sonra Hz. İsanın cəsədinin bu əraziyə yaxın yerdə basdırıldığı bildirilir.
Yəhya İncili 19:41-də mövzu ilə bağlı "İsanın çarmıxa çəkildiyi yerdə bir bağ var idi və o bağda daha əvvəl heç kimin basdırılmadığı yeni bir məzar var idi. İsanı oraya qoydular" ifadəsi var.
Romadakı Sapienza Universitetinin arxeoloqları 2000 il əvvələ aid zeytun ağacları və üzüm qalıqları tapıblar. Bu, həm də Müqəddəs Kitabda adı çəkilən “bağ”ın sübutu kimi qəbul edilir.
Günel Məlikzadə