
-
- 8-04-2025, 14:42
- 2 705
Zaqatalada itkin düşən Hindistan vətəndaşı ilə bağlı YENİ XƏBƏR
"Zaqatalada itkin düşmüş Hindistan vətəndaşının sümük qalıqları hazırda Birliyin Məhkəmə-kriminalistika şöbəsində müayinədədir".
News24.az xəbər verir ki, bunu APA-ya müsahibəsində Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Baş direktoru Ədalət Həsənov deyib.
O, qeyd edib ki, Zaqatalada itkin düşmüş Hindistan vətəndaşının sümük qalıqları hazırda Birliyin Məhkəmə-kriminalistika şöbəsində müayinədədir:
"Ekspertiza başa çatdıqdan və mərhumun şəxsiyyəti müəyyənləşdirildikdən sonra Zaqatala rayon prokurorluğu tərəfindən sümük qalıqları şöbədən götürülərək aidiyyəti üzrə təhvil veriləcək".