Bakıda orta aylıq əməkhaqqı 1300 manatı KEÇDİ
    • 8-04-2025, 15:20
    • 552

Bakıda orta aylıq əməkhaqqı 1300 manatı KEÇDİ

Bu ilin yanvar ayında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 332,6 manat təşkil edib.

News24.az xəbər verir ki, bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.

Bildirilib ki, paytaxtda orta aylıq əməkhaqqı 2024-cü ilin yanvar ayı ilinə nisbətən 9,2 % artıb.

Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanda muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin yanvar ayına nisbətən 12,8 % artaraq 1 062,9 manat təşkil edib