
-
- 8-04-2025, 16:37
- 584
Bu ölkədə QORXU DOLU ANLAR: səhər saat 5-də...
Filippinin Neqros adasındakı Kanlaon vulkanında püskürmə baş verib.
News24.az xəbər verir ki, Filippin Vulkanologiya və Seysmologiya İnstitutu (Phivolcs) Kanlaon vulkanının yerli vaxtla saat 05:51-də aktivləşdiyini açıqlayıb.
İlkin məlumatlara görə, vulkan püskürmə zamanı havaya 4000 metr kül səpib.
Regional stansiyanın kameraları yamaclarda lavanın püskürdüyünü göstərib.
Kanlaon vulkanı 2024-cü ilin iyun və dekabr aylarında da aktiv idi. Püskürmələrdən sonra Kanlaon vulkanı üçün xəbərdarlıq səviyyəsi 2-dən 3-ə qaldırılıb./Musavat.com
