Dərinin cavan və təravətli görünməsi üçün CƏFƏRİ əsl möcüzədir
    • 7-08-2019, 02:15
    • 2 246

Dərinin cavan və təravətli görünməsi üçün CƏFƏRİ əsl möcüzədir

Kosmetoloqlar dərinin cavan və təravətli görünməsi üçün müxtəlif krem, losyon, balzam və digər vasitələr təklif edirlər. Lakin təcrübə göstərir ki, kosmetikanın son nailiyyətlərinə bel bağlamaqdansa, təbii üsullardan istifadə etmək daha yaxşıdır.
News24.az xəbərə verir ki, "gözəllik şahzadəsi" adlandırılan cəfəri bitkisi bu sahədə əsl möcüzə yaradır.
Cəfərinin tərkibində gözəllik vitamini adlandırılan A vitamini çoxdur. Tərkibindəki unikal aktiv bioloji maddələr, efir yağları, biogen stimulyatorlar, fitonsid və flavonidlərə görə cəfəri dəridə maddələr mübadiləsini yaxşılaşdırır, onun vaxtsız qocalmasının qarşısını alır, tonuslandırır və ağardır.
Cəfəri üzərinə gicitkən yarpaqları əlavə edilir, üzərinə 1 stəkan qaynar su tökülür, vam ocaqda və ya termosda yarım saat dəmlənir, soyudulur və süzgəcdən keçirilir. Soyuducuda saxlamaq şərtilə 1 həftə səhər-axşam dəmləmə ilə üz dərisi silinir.
Göz qapaqlarının şişkinliyi, torbalanması və gözaltı kölgələr zamanı təzə cəfəri şirəsi ilə xiyar şirəsinin qarışığının çəkilməsi uğurlu nəticə verir.
Yuyulandan sonra yağlı saçlar və ucları qırılan tükləri cəfəri dəmləməsi ilə sirkənin qarışığında yaxalamaq faydalıdır, lakin saçlar təbii yolla qurudulmalıdır.
Hərəsindən 2-3 xörək qaşığı cəfəri, gicitkən və quzuqulağı üzərinə qaynar süd tökülərək 5 dəqiqədən sonra süzülür. Alınan qarışıqla boyun və sinə nahiyələrinə qalın qatla islatma qoyularaq 15-20 dəqiqə saxlanılır. İstiliyi daha çox saxlamaq üçün islatma üzərinə polietilen plyonka qoyulur, sonra boyun soyuq su ilə yaxalanır və ya güclü su şırnağı ilə yuyulur. Reseptdən boyun və sinə dərisinin elastikliyini saxlamaq, buxağın əmələ gəlməsinin qarşısını almaq üçün istifadə olunur.
50 qram təzə və ya quru cəfəri həvəngdəstədə əzilir, üzərinə yarım stəkan pivə əlavə edilərək 10-15 dəqiqə saxlanandan sonra losyona batırılmış tamponla üz dərisi təmizlənir, quruyandan sonra soyuq su ilə yaxalanması yağlı, civzəli dərini təmizləyir.
1 xörək qaşığı xırda doğranmış cəfəri yarpağı və ya 1 çay qaşığı cəfəri şirəsi 1 xörək qaşığı xama (quru dəri üçün) və ya yoqurtla (yağlı dəri üçün) qarışdırılır, alınan maska təmiz üzə çəkilir, 20 dəqiqə sonra soyuq su ilə yuyulması çil və piqment ləkələrini ağardır, dərini tonuslandırır, solğun dəriyə hamar və gözəl görünüş verir.
Cəfəri dəmləməsi ilə limon şirəsinin qarışığı isə səhərlər üz dərisinin silinməsi çillərin yaranması və həddindən artıq qaralmanın qarşısını alır. Quru və həssas dəri üçün limon şirəsini nanə və ya xiyar şirəsi ilə əvəz etmək olar.