Mikayıl Cabbarov Pakistan baş naziri ilə görüşdü
    • 8-04-2025, 22:56
    • 347

Mikayıl Cabbarov Pakistan baş naziri ilə görüşdü


Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarov Pakistana səfəri çərçivəsində bu ölkənin Baş naziri Şahbaz Şərifin qəbulunda olub.

News24.az xəbər verir ki, M.Cabbarov bu barədə X-də yazıb.

"Azərbaycan-Pakistan tərəfdaşlığının ölkə liderləri tərəfindən müəyyənləşdirilmiş istiqamətləri və iqtisadi əlaqələrin gücləndirilməsi barədə fikirlərimizi bölüşdük”, - M.Cabbarov qeyd edib.