
-
- 8-04-2025, 23:31
- 578
“Kurtlar Vadisi”nin əfsanəvi obrazı - "Süleyman Çakır"
“Kurtlar Vadisi”nin əfsanəvi obrazı olan "Süleyman Çakır" ölümünün 21-ci ilində yenə anılıb.
News24.az xəbər verir ki, Oktay Kaynarcanın canlandırdığı personajın öldüyü bölümün yayımlandığı gün bu il də unudulmayıb.
Hətta Oktay Kaynarcanın özü belə "Çakır" obrazında olan fotosunu paylaşıb.
Xatırladaq ki, "Kurtlar Vadisi" 15 yanvar 2003-cü ildə "Show TV"də "Bu, bir mafiya serialıdır" şüarı ilə yayımlanmağa başlayan, "Sineqraf" və "Pana Film"in birgə istehsalı olan aksiyon, dram və siyasi janrlı türk serialıdır. Serial 4 mövsümdən və cəmi 97 seriyadan ibarətdir./publika
