Türkiyədə zəlzələ oldu
    • 9-04-2025, 07:54
    • 348

Türkiyədə zəlzələ oldu

Türkiyənin şimal-şərqindəki Gümüşhane şəhərində 4,2 maqnitudalı zəlzələ olub.

News24.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.

Bildirilib ki, yerli vaxtla 06:09-da (Bakı vaxtı ilə 07:09) qeydə alınmış yeraltı təkanların episentri şəhərinə Kelkit rayonunda yerləşib. Zəlzələnin ocağı 5,09 km dərinlikdə olub.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

\\Report