
-
- 9-04-2025, 10:27
- 2 017
Bakıda ağır qəza: ölən var
Bakıda avtomobil piyadanı vuraraq öldürüb.
News24.az Axar.az-a istinadla xəbər verir ki, Qurban Məhərrəm oğlu Məmmədov idarə etdiyi “Mersedes Ateco” markalı avtomobillə Yasamal rayonu, Yeni Yasamal ərazisində kənar dairəvi yolda hərəkətdə olarkən yolu sağdan sola doğru keçən piyada Məhəbbət Əkrəm oğlu Həsənovu vurub.
Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır.