
-
- 9-04-2025, 11:46
- 314
Tayvanda güclü zəlzələ oldu
Tayvanın şimal-şərqində 5.8 maqnitudalı zəlzələ baş verib.
News24.az xəbər verir ki, bu barədə adanın Mərkəzi Hava İdarəsi xəbər yayıb.
Bildirilir ki, yeraltı təkanların mərkəzi İlan qəzasının Suao qəsəbəsində yerləşib.
Hazırda ölənlər və ya dağıntılar barədə məlumat daxil olmayıb./Bizim.Media