“Eşkiya dünyaya hökmdar olmaz” serialında ŞOK AYRILIQ
    • 11-08-2018, 10:55
    • 1 739

“Eşkiya dünyaya hökmdar olmaz” serialında ŞOK AYRILIQ

Son günlər maqazin proqramlarında adı tez-tez çəkilən, içkili və aqressiv halları ilə kameraların obyektivinə tuş gələn Dəniz Çakırın 
baş rolda yer aldığı “Eşkiya dünyaya hökmdar olmaz” serialından ayrılmasına qərar verilib.

News24.az-ın məlumatına görə, bu qərarı filmin prodüseri Raci Şaşmaz verib.

Məlumata görə, D.Çakır bu ilin sentyabrda yeni bölümləri yayımlanacaq serialın təqdimat çəkilişlərində yer almayıb.

Artıq seriala baş rol üçün yeni aktrisa axtarılır.