Azərbaycana məxsus sürət qatarı Tbilisidə GÖRÜNDÜ - Nə baş verir?
    • 9-04-2025, 14:40
    • 297

Azərbaycana məxsus sürət qatarı Tbilisidə GÖRÜNDÜ - Nə baş verir?

May ayından etibarən Bakı-Tbilisi-Bakı qatarının fəaliyyətə başlayacağı ilə bağlı məlumat yayılıb.

News24.az Oxu.Az-a istinadla xəbər verir ki, bu məlumatın yayılmasına səbəb "Azərbaycan Dəmir Yolları"na aid sürət qatarının Tbilisidə görünməsi olub.

İddia olunub ki, mayın 1-dən Bakı-Tbilisi-Bakı sərnişin qatarları işə düşəcəyi üçün ADY-ə məxsus qatar yoxlama məqsədi ilə Tbilisiyə göndərilib.

Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Bəxtiyar Hacıyev Oxu.Az-a açıqlamasında yayılan məlumatın həqiqətə uyğun olmadığını bildirib.

"Yayılan məlumatın heç bir əsası yoxdur. Çünki həmin qatar sərnişin qatarı deyil. Hərəkətin təhlükəsizliyi üçün mütəmadi olaraq dəmiryol xətlərinin diaqnostikasını aparan qatardır", - deyə B.Hacıyev bildirib.