Ona Mərkəzi Bankda yüksək vəzifə verildi
    • 9-04-2025, 15:00
    • 198

Ona Mərkəzi Bankda yüksək vəzifə verildi

Azərbaycan Mərkəzi Bankının (AMB) Data departamentinin Data idarə edilməsi şöbəsinə yeni rəis təyin edilib.

News24.az oxu.az-a istinadən xəbər verir ki, sözügedən vəzifəyə Vüqar Məsimov təyin olunub.

O, aprel ayından vəzifəsinin icrasına başlayıb.

V.Məsimov bu təyinatadək AMB və Maliyyə Bazarlarına Nəzarət Palatasında müxtəlif vəzifələrdə fəaliyyət göstərib.