Məşhur müğənninin qardaşı ağır qəzaya düşdü
    • 9-04-2025, 15:20
    • 279

Məşhur müğənninin qardaşı ağır qəzaya düşdü

Türkiyəli məşhur müğənni Deniz Sekinin qardaşı qəzaya düşüb.

News24.az xəbər verir ki, Bodrumda sükan idarəetməsini itirərək qəza keçirən Serkan Seki ağır xəsarətlərlə xəstəxanaya aparılıb.

Sosial media hesabından verdiyi açıqlamada qardaşının həyati təhlükəsi olmadığını, müalicəsinin davam etdiyini bildirib. Müğənni ona dəstək olanlara təşəkkür edib.

“Şükürlər olsun ki, həkimlərimizin səyi ilə ən kritik mərhələni geridə qoyduq. Bu çətin prosesdə dualarını əsirgəməyən, dəstək olan hər kəsə təşəkkür edirəm”,-deyə Deniz Seki paylaşımında bildirib./Medianews.az