
-
- 9-04-2025, 15:47
- 276
Xalası oğlunu qətlə yetirən şəxs TUTULDU
Bakıda 27 yaşlı kişini qətlə yetirib qaçmaqda şübhəli bilinən şəxs tutulub.
News24.az "Report"a istinadən məlumat verir ki, aprelin 7-də Qaradağ rayonu, Sahil qəsəbəsində 1998-ci il təvəllüdlü Həsənov Nail İltifat oğlunu qətlə yetirməkdə təqsirləndirilən xalası oğlu, 1986-cı il təvəllüdlü Şirinov Hüseyn Əvəz oğlunun yeri müəyyən edilib. Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində artıq hadisəni törədən şəxs saxlanılaraq istintaqa təqdim edilib.
Hazırda Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq tədbirləri həyata keçirilir.