Formula 1 gələn il satıla bilər
    • 10-04-2025, 01:16
    • 544

Formula 1 gələn il satıla bilər

"Liberty Media" şirkəti kommersiya hüquqlarına sahib olduğu Formula 1-i sata bilər.

News24.az "The Times" nəşrin istinadən xəbər verir ki, müqavilənin gələn il bağlanılması mümkündür.

"Liberty Media" Formula 1-in populyarlığının artması fonunda yarışa marağın azala biləcəyindən ehtiyatlanaraq, satış ideyasını nəzərdən keçirir.

Qeyd edək ki, "Liberty Media"nın 2024-cü ilin yekunu üzrə gəlirinin 3,65 milyard dollara yüksəldiyi açıqlanıb. Bu isə 2023-cü ilin göstəricisindən 14 faiz çoxdur.// teleqraf