ABŞ dövlət katibinin mühafizəçisi polislə dava edib
    • 9-04-2025, 15:12
    • 171

ABŞ dövlət katibinin mühafizəçisi polislə dava edib

ABŞ dövlət katibi Marko Rubionun mühafizəçisi Belçikanın paytaxtı Brüsseldə polislə dava edib.

News24.az xəbər verir ki, bu barədə "Washington Examiner" qəzeti mənbələrə istinadən yazıb.

Məlumata görə, Diplomatik Təhlükəsizlik Xidmətinin əməkdaşları "Amigo" otelinə gəliblər və rəhbərliyin NATO xarici işlər nazirlərinin görüşü üçün hazırlıq görmək istəyiblər. Jurnalistlər iddia edirlər ki, barın bağlanması səbəbindən mühafizəçilərdən biri özündən çıxıb və onlara hücum edib. Bundan sonra o, gələn polis əməkdaşlarına da qarşı aqressivlik göstərib.

Qəzetin yazdığına görə, mühafizə işçisi saxlanılıb, lakin ABŞ səfirliyinin müdaxiləsindən sonra sərbəst buraxılıb.

ABŞ Dövlət Departamenti artıq jurnalistlərə insidentlə bağlı xəbərləri eşitdiklərini və məsələni araşdırdıqlarını təsdiqləyib.//oxu.az