Almaniya razılığa gəldi - Yeni hökumət qurulur
    • 10-04-2025, 04:25
    • 409

Almaniya razılığa gəldi - Yeni hökumət qurulur

Almaniyada hökumət qurmaq üçün danışıqlar aparan Xristian İttifaqı (CDU/CSU) və Sosial Demokrat Partiyası (SPD) razılığa gəlib.

News24.az xəbər verir ki, Xristian Demokratik Birlik (CDU) Partiyasının lideri Fridrix Merz, Xristian Sosial Birlik (CSU) lideri Markus Söder və SPD həmsədrləri Lars Klinqbeyl və Saskia Eskenin rəhbərlik etdiyi partiyaların danışıqlar qrupları koalisiya danışıqlarının son mərhələsi üçün XDİ qərargahında bir araya gəlib.

Tərəflərin hökumətin qurulması ilə bağlı razılığa gəldiyi açıqlanıb. Beləliklə, fevralın 23-də keçirilən növbədənkənar ümumi seçkilərdən 45 gün sonra yeni hökumətin qurulmasının yolu açılıb.

Tərəflərin bu gün keçirəcəkləri mətbuat konfransında razılaşdırılan koalisiya razılaşmasının detallarını paylaşacağı bildirilib.

Səma