
-
- 9-04-2025, 15:35
- 324
Bakının bu ərazisində itləri azdırırlar - Sakinlər qorxu içində
Bakının Səbail rayonu, Bayıl qəsəbəsi, Sübh küçəsində yaşayan sakinlər narazıdırlar.
Bu barədə məlumat Baku.ws-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, ərazidə küçə itlərinin əlindən çölə çıxmaq mümkün deyil:
"Gündəlik evdən çıxmağa məcburam. Demək olar ki itlər hər gün kimlərəsə cumur. Başqa yerlərdən itləri toplayıb bizim məhlədə azdırırlar. Son 1 ayda sayları daha da çoxalıb. İtləri hardan gətiriblərsə aralarında "Pitbul" və Alman çoban iti kimi cinslərə olanlar da var".
Sözügedən görüntüləri təqdim edirik: