"Sumqayıt"ın müdafiəçisi:
    • 9-04-2025, 16:27
    • 246

"Sumqayıt"ın müdafiəçisi: "Sərhədçi"ni zəif rəqib hesab etmək qətiyyən olmaz

"Sumqayıt" basketbol klubunun müdafiəçisi İsmayıl Əliyev Azərbaycan Basketbol Liqasının play-in mərhələsində "Sərhədçi" ilə qarşıdakı oyunlar barədə gözləntilərini bölüşüb.

News24.az xəbər verir ki, bu barədə Azerisport.com məlumat yayıb.

"Keçən mövsümlə müqayisədə bu mövsüm çox yaxşı çıxış etdik. Məncə, növbəti mövsümdə daha da yaxşı nəticələr göstərəcəyik. Play-in mərhələsində də uğurlu çıxış edəcəyimizə inanıram.

Bir vaxtlar "Sərhədçi" komandasının üzvü olmuşam. Bu, çox yaxşı komandadır. Bu rəqibi qətiyyən zəif hesab etmək olmaz. Play-in oyunlarında bizi çətin mübarizə gözləyir. Biz bir komanda kimi birləşməli və "Sərhədçi"ni mübarizədən kənarlaşdırmalıyıq.

Xüsusilə müdafiədə etibarlı olmalı, onların məhsuldarlığına maksimum maneə yaratmalıyıq. Məqsədimiz – pley-off mərhələsinə vəsiqə qazanmaqdır. Azarkeşlərin dəstəyi ilə "Sərhədçi"ni məğlub edə bilərik", – deyə İsmayıl Əliyev bildirib.