
-
- 10-04-2025, 15:49
- 298
19 yaşlı gənc ana uşağı ilə birlikdə İTKİN DÜŞDÜ
Antalyanın Serik rayonunda 2 il əvvəl T.Mustafa ilə ikinci dəfə ailə quran 19 yaşlı Esma Özgürəli və ilk evliliindən olan 3 yaşlı qızından 3 gündür xəbər yoxdur.
Əri T.Mustafa ilə əkinçiliklə dolanan Esma Özgürəli bazar ertəsi əri yatarkən 3 yaşlı qızı Burcu Çilemi də götürərək evdən çıxıb.
Şəxsiyyət vəsiqəsini və mobil telefonunu evdə qoyan Esma Özgürəlidən uzun müddət xəbər ala bilməyən əri və ailəsi onların itkin düşməyi barədə ərizə yazmaq üçün polis bölməsinə gedib.
Polis qrupları 3 gündür xəbər alınmayan Esma Özgüreli və kiçik qızı Burcu Çilemin tapılması üçün işə başlayıb.//Sonxeber.az