Atambayevin evi yandırıldı, atəş və güllə səsləri səngimir QARŞIDURMA
    • 7-08-2019, 22:18
    • 920

Atambayevin evi yandırıldı, atəş və güllə səsləri səngimir QARŞIDURMA

Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin evinin ərazisində yanğın başlayıb.
News24.az “RİA Novosti” -yə istinadən xəbər verib. Həmin ərazidən atəş və güllə səsləri eşidilməkdədir. 
“TASS” yazır ki, istirahətdə olan Qırğızıstan prezidenti Sooronbay Jeenbəyov də artıq paytaxt Bişkekə yola düşüb.
Keçmiş prezidentin tərəfdarları ilə xüsusi xidmət orqanlarının əməkdaşları arasında yaşanan qarşıdurma nəticəsində yaralananların sayı 15-ə çatıb. Onlar dərhal xəstəxanaya çatdırılıblar.