-
- 11-08-2018, 11:44
- 1 086
Həsən kişi bu istidə soba yandırır, palto geyinir - FOTO - VİDEO
"Havalar çox isti keçir, bürküdən nəfəs almaq olmur. Amma mən donuram, üşüyürəm".
80 yaşlı Həsən Yücel 6 ildir ki, yay aylarında da evində soba yandırıb qızınır.
Hazırda avqust ayıdır, havalar həddən ziyadə istidir. Amma Həsən kişi evdə paltoda gəzir, üstəlik, mütəmadi olaraq yanan sobaya yaxınlaşıb isinməyə çalışır.
Onun dediyinə görə, dərdinin səbəbkarı 2012-ci ildə məruz qaldığı by-pass, yəni şuntlama əməliyyatıdır.
Bala rayonunda yaşayan, 5 övlad atası olan Həsən Yücel 30 il Hollandiyada fəhlə işləyib, 1998-ci ildə Türkiyəyə qayıdıb. Ailəsi ilə birlikdə kənddə yaşayan Yücel 2012-ci ildə Ankaradakı özəl xəstəxanalardan birində şuntlama əməliyyatına məruz qalıb.
Həmin əməiyyatdan sonra Həsən Yüceldə sürəkli tərləmə və üşümə başlayıb. Daim üşüdüyünə görə, evdəki otaqlardan biri ona ayrılıb, həmin otaqda da ilboyu soba yanır.
Yücəl bu istidə palto geyinib gəzir.
//Milli.az