Tanınmış kabardin rəssam vəfat etdi
    • 13-04-2025, 01:48
    • 462

Tanınmış kabardin rəssam vəfat etdi


Kabarda-Balkariya Respublikasının xalq rəssamı Müxaddin Kişev dünyasını dəyişib.

News24.az xəbər verir ki, bu barədə Rusiya Rəssamlar İttifaqının Kabarda-Balkariya üzrə bölməsi məlumat yayıb.

Müxaddin Kişev 86 yaşında İspaniyada vəfat edib, bu gün elə orada da dəfn olunacaq.

Rusiyanın əməkdar rəssamı Müxaddin Kişevin əsərləri dünyanın müxtəlif ölkələrindəki muzeylərdə və şəxsi kolleksiyalarda saxlanılır.

Rəssam uzun illər Rusiyada, daha sonra İspaniyada yaşayıb fəaliyyət göstərib./Teleqraf