Yəhudi "Nostradamus" qorxulu proqnoz verdi
    • 13-04-2025, 19:44
    • 901

Yəhudi "Nostradamus" qorxulu proqnoz verdi

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi(MKİ-"CİA") üçün işləyən "Nostradamus" israilli ekstrasens, illüziyaçı və mistifikator " Uri Geller yeni proqnozunu verib - Britaniya ən böyük institutunu - kral ailəsini itirmək ərəfəsindədir.

News24.az Moderator.az-a istinadla yazır.

“Mən Britaniyanın Rusiyanın çirkin hiylələri və görünməmiş kral qalmaqalı ilə parçalanacağını proqnozlaşdırıram", - deyən ekstrasens "Daily Mail" üçün məqaləsində qeyd edib ki, “bu, iğtişaşlara, seysmik siyasi nəticələrə səbəb olacaq və beynəlxalq nüfuzumuza ağlasığmaz ziyan vuracaq”.

O, həmçinin III Çarlzın tacqoyma mərasimi zamanı onun son tacqoyma olduğuna dəhşətli əminlik hiss etdiyini yazıb: "Tac nə Uilyam, nə də onun varislərindən heç birinə keçməyəcək. O, sonuncu kraldır".

Onun sözlərinə görə, bu ilin əvvəlində hansısa bir “kəşfiyyat orqanının” tələbi ilə o, “Londonda konkret bir ofis binasında yoxlama aparmağa” razılıq verib.

"Gördüklərim məni heyrətə saldı. Bu dəfə görüntülər fraqmentar deyildi. Şəkil o qədər aydın idi ki, sanki otaqlarda və dəhlizlərdə görünməz dayanmışdım. Rusiya kəşfiyyatçıları Britaniya hökumətini çox yüksək səviyyədə şantaj ediblər.

Milli əhəmiyyətli sirlər Kremlə satılır. Bunu beynimdə baş verənləri izlədiyim üçün bilirəm. Mobil telefonların qadağan olunduğu, pıçıltı ilə söhbətlərin aparıldığı otaqları təsvir edə bilərəm. Mən hətta rus agentləri ilə görüşən "köstəbək"ləri, onlar Parlament küçəsi ilə gedərkən ofislərindən maşınlarına qədər izlədim",  - ekstrasens qeyd edib.

Bununla belə, o, əlavə edib ki, kral ailəsinin bəzi üzvləri “təhlükəsizliyə gəldikdə tam axmaqdırlar”.

“İnanıram ki, Vladimir Putinə kral ailəsinə düzəlməz zərər vurmaq üçün vasitələr verilib və o, maksimum təhlükə anında onlardan istifadə etməkdən çəkinməyəcək. Fikrimcə, Putinin Kraliça ailəsinin qeyri-qanuni olmasa da, şokedici dərəcədə əsassız davranışına dair sübutlar var. Məhz bu təhlükə taxt-tacı devirə, ölkəni parçalaya bilər. Zərərləri məhdudlaşdırmaq və bəlkə də onu geri qaytarmaq üçün hələ vaxt var.

 "Britaniya təhlükəsizlik xidmətləri sızma və pozuntuları müəyyən etməli, rusların nə bildiyini öyrənməli və bunun monarxiyaya ölümcül zərbə vurmaması üçün bütün lazımi tədbirləri görməlidir", - Geller deyib.