"Turan Tovuz" qol buraxdı, baş məşqçi qırmızı vərəqə aldı

"Turan Tovuz" qol buraxdı, baş məşqçi qırmızı vərəqə aldı İdman


Misli Premyer Liqasının XXX turunda "Sabah"la qarşılaşan "Turan Tovuz" oyuna yaxşı başlamayıb.

Offsideplus.az xəbər verir ki, tovuzlular 14-cü dəqiqədə qapılarından qol buraxıblar.

Bundan 5 dəqiqə sonra baş məşqçi Kurban Berdiyev meydançadan qovulub. O, hakimə etiraza görə ardıcıl 2 sarı və avtomatik qırmızı vərəqə alıb.

Hazırda "Sabah" səfərdə 1:0 hesabı ilə qalib gəlir.