
-
- 13-04-2025, 12:35
- 440
İnsan sümükləri satan qadın həbs edildi
ABŞ-da bir qadın insan sümükləri alverində ittiham olunaraq həbs edilib
Publika.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Məlumata görə, Florida ştatında yaşayan qadının suvenir mağazasında insan sümükləri satdığı üzə çıxıb.
İstintaq müəyyən edib ki, 52 yaşlı Kimberli Şopper insan sümükləri alıb və sonra onları mağazasının qeydiyyatda olduğu onlayn platformada yenidən satıb.
Mağazanın səhifəsinin ekran görüntüləri və müxtəlif insan qalıqlarının satışı ilə bağlı elanlar polisə göndərilib. Polis qeyri-qanuni biznesdən xəbər tutduqdan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları internet mağazada körpücük sümüyü, fəqərə və qabırğa aşkar ediblər.
Qiyməti 600 dollar olan natamam insan kəlləsi də satışa qoyulubmuş. Məhkəmə-tibbi ekspertiza nəticəsində məlum olub ki, kəllə parçası böyük ehtimalla arxeoloji tapıntıdır. Ekspertlərin fikrincə, onun 100 ildən çox yaşı var.
Alıcılardan biri də saxlanılıb, lakin o, bir gün sonra 7500 dollar girov müqabilində sərbəst buraxılıb.