“Baboş”a avtomobil hədiyyə edən iş adamı dövlətə borcunu ödəmir
    • 13-04-2025, 20:06
    • 944

“Baboş”a avtomobil hədiyyə edən iş adamı dövlətə borcunu ödəmir


Spirtli içki istehsalçısı “Quseynoff” MMC-nin qanuni təmsilçisi Hüseynov Emin Zahid oğlunun dövlətə vergi borcu artmaqdadır.

Tribunainfo.az xəbər verir ki, “Quseynoff” MMC-nin dövlətə olan borcu hazırda 174474.77 manat təşkil edir. Bu borc ötən ildə qalan borcdur və hər ötən ay daha da artır. Şirkətin dövlətə olan borcunu niyə ödəmədiyi məlum deyil.

Qeyd edək ki, dövlətə olan vergi borcu artmaqda olan “Quseynoff” MMC rəhbəri Hüseynov Emin Tik-Tok fenomeni “Baboş”a bahalı avtomobil hədiyyə etdikdən sonra məşhurlaşmışdı. E.Hüseynovun şirkəti spirtli içki istehsalı ilə məşğuldur.

Qarşı tərəfi dinləməyə hazırıq.