Daniel Noboanı prezident seçkilərinin qalibi oldu
    • 14-04-2025, 08:35
    • 275

Daniel Noboanı prezident seçkilərinin qalibi oldu

Ekvadorun Milli Seçki Şurası (MSŞ) hazırkı prezident Daniel Noboanı dövlət başçısı seçkilərinin ikinci turunda qalib elan edib.

“Report” xəbər verir ki, bunu MSŞ-nin sədri Diana Atamaint mətbuat konfransında bildirib.

“Ekvador xalqına bildiririk ki, protokolların 90 %-nin emalı nəticəsində prezident seçkilərinin ikinci turunda dönməz tendensiya müşahidə olunur. MSŞ “Milli Demokratik Hərəkat” partiyasından olan namizədləri (prezident və vitse-prezident – red.) Daniel Noboa və Maria Xose Pintonu qalib hesab edir”, – seçki qurumunun sədri söyləyib.

Atamaintin fikrincə, səslərin hesablanmasının nəticələri “xalqın iradəsinin dəqiq əksidir”.

Daha əvvəl Noboanın seçkilərdəki rəqibi Luisa Qonsales məğlubiyyətini tanımaqdan imtina edib və səslərin yenidən sayılmasına çağırıb.

MSŞ-nin protokolların 92,64 %-nin emalından sonra dərc edilmiş məlumatlarına görə, Noboa seçicilərin 55,88 %-nin, Qonsales isə 44,12 %-nin səsini qazanıb. Namizədlər arasındakı fərq 1,1 milyon səsdən çoxdur.