Ailə faciəsi: arvadını qətlə yetirdi
    • 14-04-2025, 09:37
    • 363

Ailə faciəsi: arvadını qətlə yetirdi

Türkiyə - Qarsda Emre M. ilə həyat yoldaşı Hazal M. arasında naməlum səbəbdən mübahisə düşüb.

mübahisə böyüyərkən Emre M. həyat yoldaşı Hazal M.-ni b *ğaraq öldürüb. Hadisədən sonra Emre M. 112 Təcili Zəng Mərkəzinə zəng edərək həyat yoldaşını öldürdüyünü bildirib.

Əraziyə gələn sağlamlıq və jandarma qrupları apardıqları müayinədən sonra Hazal M.-nin həyatını itirdiyini müəyyən ediblər.

Emre M. jandarma qrupları tərəfindən nəzarətə alınıb. Digər tərəfdən cütlüyün 1 uşağı olduğu öyrənilib.

Günel Məlikzadə