
-
- 14-04-2025, 10:36
- 425
Bakıda iki qardaş bıçaqlandı
Bakıda iki qardaş bıçaqlanıb.
News24.az xəbər verir ki, hadisə Qaradağ rayon Qızıldaş qəsəbəsində baş verib.
Aprelin 12-də saat 23:30 radələrində 2002-ci il təvəllüdlü Fərid Elman oğlu Mustafayevlə 2009-cu il təvəllüdlü qardaşı Elnura münaqişə zəminində bıçaqla xəsarət yetirilib.
Hər iki qardaş qarın nahiyəsinin ön hissəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə çatdırılıb. Onlar cərrahi əməliyyat olunublar.
DİN-in Mətbuat xidmətindən bildirilib ki, faktla bağlı araşdırmalar aparılır. Hadisəni törədən şəxsin müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır./milli.az