Turxan Əhməd yüksək vəzifəyə TƏYİN EDİLDİ
    • 14-04-2025, 11:04
    • 551

Turxan Əhməd yüksək vəzifəyə TƏYİN EDİLDİ

“Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Kommunikasiya departamentinin rəhbəri vəzifəsinə təyinat olub.

News24.az “pravda.az”a istinadən xəbər verir ki, bu vəzifəyə Turxan Əhməd təyin edilib.

Bununla bağlı müvafiq əmr imzalanıb. T.Əhməd bu gündən vəzifəsinin icrasına başlayıb. O, bundan öncə bp Azərbaycan şirkətində çalışıb.

Qeyd: 2024-cü ilin fevralında ADY-nin Kommunikasiya departamentinin rəhbəri Aybəniz İsmayılova nöqsanlara görə vəzifəsindən azad edilib.