Məşhur reper atasını ÖLÜMLƏ HƏDƏLƏDİ - VİDEO
    • 14-04-2025, 11:34
    • 338

Məşhur reper atasını ÖLÜMLƏ HƏDƏLƏDİ - VİDEO

Kliplərində qadağan olunmuş maddələrdən istifadəni təşviq etdiyi səbəbilə 3 ay həbsdə yataraq, bir müddət əvvəl azadlığa çıxan məşhur reper Sansar Salvo indi fərqli qalmaqalla gündəmə gəlib. Sosial media hesabında atasına şiddət göstərdiyi görüntülərini paylaşan Salvo böyük əks-səda alıb və açıqlamaları ilə gündəmi silkələyib.

News24.az xəbər verir ki, Sansar Salvo atasına qarşı z *rakılıq etdiyi anları lentə alıb və sosial media hesabında paylaşıb. Paylaşılan görüntülərdə Sansar Salvonun atasına fiziki təzyiq göstərdiyi və təhdidlər etdiyi görülüb. Reperin atasına "Əgər o qəyyumluğu alsan, hər gün bunu yaşayacaqsan. Sən qocasan, səni öldürəcəm" dediyi eşidilib.

Görüntülər sosial mediada sürətlə yayıldıqdan sonra ictimaiyyət reaksiya göstərib. İstifadəçilər Sansar Salvonun davranışını qınayıb və bildiriblər ki, məişət z *rakılığı heç vaxt qəbuledilməzdir.

Günel Məlikzadə

Həmin anları təqdim edirik: