"Green card"a müraciət edənlərin NƏZƏRİNƏ
    • 14-04-2025, 11:40
    • 882

"Green card"a müraciət edənlərin NƏZƏRİNƏ

ABŞ Dövlət Departamentinin DV Lotereya səhifəsində açıqlanacaq 2025 "Green card" nəticələrinin tarixi açıqlanıb.

News24.az xarici mediaya istinadla xəbər verir ki, ABŞ Dövlət Departamentinin verdiyi açıqlamaya görə, DV-2025 "Green card" lotereyasının nəticələri 4 may 2025-ci ildə açıqlanacaq.

"Green card" lotereyasının nəticələrini öyrənmək üçün aşağıdakı addımları yerinə yetirə bilərsiniz:

1- Rəsmi "Green card" nəticə sorğu səhifəsinə keçin

https://dvprogram.state.gov ünvanına daxil olun.

2- Təsdiq nömrəsini daxil edin

Müraciət edərkən sizə verilən təsdiq nömrəsi ilə sistemə daxil olun.

3- Şəxsi məlumatlarınızı düzgün daxil edin

Nəticəni soyadınızı və doğum ilinizi düzgün daxil etməklə sorğulaya bilərsiniz.

4- Nəticə səhifəsini yoxlayın

"Seçildi" mesajını görsəniz, növbəti addımlara keçmək üçün təlimatları diqqətlə oxuyun./milli.az