
-
- 15-04-2025, 00:16
- 548
Ana körpəsini satıb
Dağıstanda ana uşağı satmaqda şübhəli bilinib.
News24.az xəbər verir ki, Dağıstan sakini 24 yaşlı ana körpəni dünyaya gətirdikdən dərhal sonra 40 yaşlı qadına təhvil verib. Yeni doğulmuş uşağın satışı üçün anaya 500 min rubl pul verilib.Bir müddət sonra onlar uşaq üçün sənədlər tərtib etməyə çalışsalar da, mütəxəssislər saxtakarlıqdan şübhələnərək polisə üz tutublar. Hər iki qadın öz günahını tam etiraf edib.
Nuray