
-
- 15-04-2025, 01:17
- 598
Qadın bir dəqiqə tez işdən çıxdığına görə işdən qovuldu
Çində qadın bir dəqiqə əvvəl işdən çıxdıqdan sonra işini itirib.
News24.az xəbər verir ki, Çində bir qadın il ərzində 6 dəfə bir dəqiqə əvvəl işini tərk edib və işdən qovulub. Lakin o, məhkəmədə bu işdən azad edilmənin ədalətsiz olduğunu sübut edə bilib.
Qeyd edək ki, məhkəmə iclasında bildirilib ki, işəgötürən baş verən pozuntular barədə qadını xəbərdar etmədən onu qəfil işdən azad etmək hüququ yoxdur. Nəticədə qadına kompensasiya verilib.
Nuray