Qidaya duz əlavə etmək depressiya riskini 40% artırır
    • 15-04-2025, 03:07
    • 504

Qidaya duz əlavə etmək depressiya riskini 40% artırır

Təxminən yarım milyon britaniyalı yetkin insan arasında aparılan böyük araşdırma nəticəsində məlum olub ki, qidaya duz əlavə etməklə depressiya və narahatlıq pozuntularının yaranma riskinin artması arasında əlaqə var.

News24.az xəbər verir ki, alimlər bu əlaqənin bir neçə mümkün izahını təklif ediblər. Onlardan biri artıq duza görə tezləşmiş bioloji qocalmadır ki, bu da psixi sağlamlığa mənfi təsir edə bilər. Digər fərziyyə isə duzun serotonin və dopamin kimi əhval hormonlarına təsiri ilə əlaqədardır. Bu hormonlar emosional vəziyyəti tənzimləmək üçün əsas rol oynayır.