Hadisə səhnədə AĞLADI - VİDEO
    • 14-04-2025, 15:42
    • 320

Hadisə səhnədə AĞLADI - VİDEO

Məşhur müğənni Hadisə Açıkgöz Esas Oğlanın çəkiliş meydançasında tanış olduğu rejissor Şenol Sönməzlə eşq yaşamağa başlayıb. Bir müddət əvvəl Şenol Sönməzlə münasibətinə son qoyan 39 yaşlı Hadisə xaricdə konsertlərini davam etdirir.

News24.az xəbər verir ki, məşhur müğənni bu dəfə doğulub boya-başa çatdığı Belçikada səhnəyə çıxıb.

Karyerasının ilk illərindən onu heç vaxt tək qoymayan iki pərəstişkarını görən Hadisə göz yaşlarına hakim ola bilməyib.

Konsertdə açıqlama verən Hadisə, "Burada mən Hadisə olmadan əvvəl məni həqiqətən izləyən və dəstəkləyən iki nəfər var. Onları görəndə çox pis oldum. Çox sağ olun. Çünki mən heç kim deyildim və siz həmişə var idiniz. Məni çox duyğulandırdınız" dedi.

Günel Məlikzadə