Türkiyə futbolunda növbəti BİABIRÇILIQ
    • 14-04-2025, 17:10
    • 979

Türkiyə futbolunda növbəti BİABIRÇILIQ

Türkiyədə adı açıqlanmayan futbol hakimin avtomobilində qadağan olunmuş maddə tapılıb.

News24.az Türkiyə mediasına istinadən xəbər verir ki, sözügedən referi xanımı ilə avtomobildə gedərkən polis tərəfindən saxlanılıb.

Yoxlanış zamanı onun ciblərindən qadağan olunmuş maddə aşkarlanıb.

Artıq hakim barəsində cinayət işi açılıb.

Xatırladaq ki, bir müdət öncə hakim qalmaqalı ölkə mediasında gündəm olmuşdu. Belə ki, klub prezidenti oyunu idarə edən hakimə hücum edərək onu vurmuşdu.

Daha bir hadisədə isə qadın hakim federasiya rəsmisi ilə yaxın əlaqədə olduğu üçün futboldan qovulmuşdu./milli.az