
-
- 14-04-2025, 19:34
- 574
Sumqayıtda qızı döyən şəxs MÜƏYYƏN EDİLDİ
Sumqayıtda həmyaşıdına qarşı şiddət göstərən, videoya çəkərək, görüntüləri sosial şəbəkələrdə paylaşan qız müəyyən edilib.
News24.az bildirir ku, bu barədə Sumqayit24.az-a açıqlamasında DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli məlumat verib.
"Azyaşlılar arasında baş verən mübahisəni əks etdirən görüntülərlə bağlı araşdırma aparılır. Tərəflər müəyyən olunub. Onlar polis orqanına dəvət olunublar. Polis əməkdaşları tərəfindən mübahisə ilə əlaqədar profilaktik tədbirlər davam etdirilir".
***
Azyaşlı qızı amansızcasına döyüb, videoya çəkib, görüntüləri sosial şəbəkələrdə paylaşıblar.
Sumqayit24.az-a daxil olan məlumata görə, hadisənin Sumqayıt ərazisində baş verdiyi və həmyaşıdına şiddət göstərən qızın da şəhər sakini olduğu iddia edilir. Onun bundan əvvəl də oxşar əməllər etdiyi bildirilir.