
-
- 15-04-2025, 08:31
- 568
Məşhur müğənni kosmosa uçdu - VİDEO
"California Gurls", "Dark Horse" və "Roar" kimi mahnıları ilə tanınan məşhur müğənni Keti Perri kosmosa yollanıb.
News24.az xəbər verir ki, Amazon qurucusu Jeff Bezosa məxsus Blue Origin aerokosmik şirkəti tərəfindən planlaşdırılan səyahətə Aisha Bowe, Amanda Nguyễn, Gayle King, Kerianne Flynn və Lauren Sánchez kimi adlar daxildir.
NS-31 missiyası çərçivəsində "New Shepard" raketi ilə edilən səyahət 10 dəqiqə davam edib.
Blue Origin-in New Shephard kosmik gəmisinin buraxılmasından iki dəqiqə 40 saniyə sonra altı qadın ekipaj üzvünü daşıyan kapsul kosmik gəmidən ayrılıb. Təxminən 1 dəqiqə sonra kapsul Karman xəttini keçərək kosmosa yüksəlib.
Bu müddət ərzində astronavt adını qazanan 6 nəfərlik ekipaj təxminən 4 dəqiqə mikroqravitasiya, başqa sözlə çəkisizlik yaşayıb.
Kosmik gəmi Yerə qayıtmazdan əvvəl təxminən 4 dəqiqə kosmosda uçub.
Məşhur müğənni Keti Perrinin 10 dəqiqəlik uçuşdan qayıtdıqdan sonra ilk işi yeri-torpağı öpmək olub.
Günel Məlikzadə
Həmin anları təqdim edirik: