“PlayStation” kəskin bahalaşdı
Gündəm
Yaponiyanın məşhur texnologiya şirkəti “Sony” ABŞ prezidenti Donald Trampın son gömrük sanksiyasından sonra satış qiymətlərini bahalaşdırıb. Ən ciddi bahalaşma isə “Play Station 5” konsullarında olub.
News24.az xəbər verir ki, “Play Station 5”in qiymətləri 25 faizədək bahalaşıb. Məşhur oyun konsulunun bazardakı ən ciddi rəqibi “Nintendo” da qiymətləri artıracağını açıqlayıb.
Qeyd edək ki, “Play Station” ABŞ bazarında ciddi alıcı kütləsinə malikdir. “Sony” bu seqmentdə “Xbox” ilə rəqabət aparır, lakin “Xbox” ABŞ mərkəzi şirkət olduğu üçün əlavə rüsumlardan azaddır./Yenisabah.az