
-
- 15-04-2025, 11:21
- 318
Fərid Hüseynova yeni vəzifə verildi
"Azərbaycan Dəmir Yolları" QSC-də (ADY) növbəti kadr dəyişikliyi olub.
Bu barədə News24.az-a qurumdan məlumat verilib. Bildirilib ki, ADY-nin Təchizat departamentinin müdiri vəzifəsinə Fərid Hüseynov təyin edilib.
F. Hüseynov "Azərpoçt" MMC-də, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsində və digər qurumlarda çalışıb. ADY-də karyerasına 2022-ci ildə başlamış F. Hüseynov yeni təyinata qədər Təsərrüfat departamentinin müdiri vəzifəsini tutub.
Qeyd edək ki, Təchizat departamentinin müdiri Emil Pənahov karyerasında yeni mərhələyə başlamaq üçün ADY-dən ayrılıb.
